İran və Ermənistan arasında Araz çayı üzərində ikinci körpünün tikilməsi ilə bağlı müzakirə aparılıb.
Globalinfo.az xəbər verir ki, buna səbəb kimi hazırda fəaliyyət göstərən körpüdən keçən avtomobillərin sayının artması, yükdaşımaların çoxalması göstərilib.
Məsələ ilə bağlı Ermənistanın Yol İdarəsi Fondunun nümayəndələri ilə İran İslam Respublikasının Yollar və Şəhərsalma Nazirliyinin rəsmiləri arasında ilkin müzakirə aparılıb.
Qeyd edək ki, İranla Ermənistan arasında Araz çayı üzərində ilk körpü 1996-cı ildə Mehri sərhəd-keçid məntəqəsində tikilib və istifadəyə verilib.
Ayşən Mustafa
Globalinfo.az














