“İran ABŞ-ın zərbəsindən əvvəl zənginləşdirilmiş uranın böyük hissəsini Fordo obyektindən çıxara bilib”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yüksək səviyyəli iranlı mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, şəxsi heyətin əksəriyyəti Qum şəhəri yaxınlığında 80-90 metr dərinlikdə yerləşən yeraltı uranın zənginləşdirilməsi zavodundan təxliyə edilib.
Qeyd edək ki, iyunun 22-nə keçən gecə ABŞ hərbi hava qüvvələri İranın Fordo, Natanz və İsfahan da daxil olmaqla üç nüvə obyektinə hücum edib.
Əliyar Xəlil
Globalinfo.az














