Əliyev iki ölkəyə dərin mesaj verdi – Voskanyan

Əliyev iki ölkəyə dərin mesaj verdi - Voskanyan

“Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimindəki çıxışında Türk Dövlətləri Təşkilatının (TDT) ölkə üçün prioritet olduğunu deməklə Rusiya və İrana mesaj verdi”.

Globalinfo.az xəbər verir ki, bunu erməni iranşünas Vardan Voskanyan deyib.

Ekspert Bakıdan Tehran və Moskvaya dərin və açıq mesaj ünvanlandığını bildirib:

“Rusiyaya aydın şəkildə eyham vuruldu ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına qoşulmayacaq. Çünki bu təşkilatı geosiyasi və iqtisadi baxımdan özü üçün perspektivli görmür”.

Voskanyan iddia edib ki, Prezident İlham Əliyevin türkyönlü açıqlaması həm də İrandakı milyonlarla azərbaycanlıya verilən mesaj idi.

Ayşən Mustafa
Globalinfo.az