“İl-76” təyyarəsi belə vurulub – Putin

“İl-76” təyyarəsi ABŞ-nin “Patriot” zenit raket kompleksi ilə vurulub.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, bunu ekspertiza təsdiq edib.

Putin beynəlxalq ekspertlərdən təhqiqat aparmaq üçün Rusiyaya gəlmələrini xahiş etdiyini, lakin hələlik heç kəsin bunu istəmədiyini söyləyib.

Qeyd edək ki, yanvarın 24-də 65 ukraynalı əsiri dəyişdirmək üçün daşıyan Rusiyaya məxsus İl-76 hərbi-nəqliyyat təyyarəsini Belqorod vilayətində qəzaya uğrayıb. Qəza zamanı 65 əsir, o cümlədən 6 ekipaj üzvü və 3 müşayiətçi hamısı ölüb. Rusiya MN təyyarəni Ukrayna ordusunun vurduğunu açıqlayıb.