Azərbaycanın cənubunda zəlzələ olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ Lənkəran və Lerik rayonlarının sərhədində qeydə alınıb.
Bildirilib ki, yeraltı təkan yerli vaxtla 14:03-də baş verib.
3.5 maqnitudalı zəlzələnin dərinliyi 33 km-dir.














