III Çarlz Fransaya gedir – TARİX

III Çarlz Fransaya gedir - TARİX

Böyük Britaniya kralı III Çarlzın Fransaya ilk səfəri sentyabrda baş tutacaq.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə “France Info” radiostansiyası Yelisey sarayına əsasən məlumat yayıb.

Eyni zamanda, Prezident Emmanuel Makronun administrasiyasının nümayəndələri konkret tarix açıqlamayıblar. Radiostansiyanın məlumatına görə, səfərin tarixləri avqustun sonuna doğru bildiriləcək.

“France Info” səfərin orijinal proqrama uyğun keçib-keçməyəcəyini və ya ona dəyişikliklərin ediləcəyini dəqiqləşdirməyib.