İdman klubunun prezidenti başından vuruldu – Anbaan video

İdman klubunun prezidenti başından vuruldu - Anbaan video

Türkiyənin İstanbul şəhərinin Çekmeköy rayonunda Alemdağ İdman Klubunun prezidenti Tuncay Meriç kafedə matçla bağlı xəbərləri izləyərkən silahlı hücuma məruz qalıb.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, iddiaya görə, 49 yaşlı Tuncay Meriç kafedə oturduğu zaman borc mübahisəsi zəminində bir şəxs tərəfindən başından güllələnib.

Hücum edən şəxs hadisə yerindən qaçıb, Meriç isə təcili yardımla xəstəxanaya çatdırılıb. Lakin bütün səylərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis şübhəlinin saxlanılması istiqamətində tədbirləri davam etdirir.

Qeyd: Ürəyi həssas olanların baxması tövsiyə edilmir.

İdman klubunun prezidenti başından vuruldu - Anbaan video İdman klubunun prezidenti başından vuruldu - Anbaan video