İdarə rəisi işdən çıxarıldı

Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət baş idarəsinin rəisi Malik Ələkbərov işdən çıxarılıb.

Məlumatı Globalinfo.az-a nazirlikdən təsdiqləyiblər.

Bildirilib ki, dövlət başçısının fərmanı ilə Ədliyyə Nazirliyində struktur dəyişikliyi həyata keçirilib: “Bununla əlaqədar Malik Ələkbərov vəzifədən azad edilərək sərəncama götürülüb”.