Yəməndən atılan raketin Təl-Əvivin mərkəzi hissəsinə düşməsi nəticəsində azı 30 nəfər xəsarət alıb.
Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.
Bildirilir ki, 16 nəfər evində olarkən yaralanıb və xəstəxanalara yerləşdirilib.
Bundan əlavə, daha 14 nəfər bomba sığınacaqlarına qaçarkən xəsarət alıb, onlara yerində tibbi yardım göstərilib.
Yeddi nəfərə şok vəziyyətinə görə psixoloqların yardımı lazım olub.
***10:30
Yəməndən İsrailin paytaxtı Təl-Əvivə raket zərbəsi endirilib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Bildirilib ki, raket paytaxtda parklardan birinə düşüb. Nəticədə ən azı 18 nəfər xəsarət alıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Yəmən husiləri Təl-Əvivin Yaffa rayonunda yerləşən hərbi hədəfə pilotsuz uçuş aparatı (PUA) vasitəsilə hücum etmişdi.














