huseyn hesenov 0

Rusiyada “çirkli pulların yuyulmasında” ittiham olunan azərbaycanlı videobloqçu Hüseyn Həsənov 170 milyon rubl məbləğində vergi borcunu ödəyib.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Mixail Yusupov TASS-a bildirib.

“Hüseyn Həsənov 2024-cü ildə 170 milyon rubl vergi borcunu ödəyib, faizlər və cərimələrlə birlikdə təxminən 300 milyon rubl borcu tam şəkildə bağlayıb”, – vəkil deyib.

Moskvanın Presnenski Məhkəməsi Həsənova qarşı cinayət işinin qiyabi dinlənilməsinə başlayıb. O, Rusiya Cinayət Məcəlləsinin 174.1-ci maddəsinin 4-cü hissəsinin “b” bəndi (çirkli pulların yuyulması) ilə qiyabi ittiham olunub. Həsənov qiyabi həbs edilib və beynəlxalq axtarışa verilib.

Paylaş: