Suraxanıda partlayış: ölən və yaralanan var

Suraxanıda partlayış: ölən və yaralanan var

Suraxanı rayonunda ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli 4 otaqlı evin (spirt məhsulları istehsalı sexi kimi fəaliyyət göstərən) yanar konstruksiyaları yanıb.

Bu barədə Globalinfo.az-a FHN-dən məlumat verilib.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib və yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***09:27

Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində evdə partlayış olub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə Bağlar massivində fərdi evdə qeydə alınıb.

Nəticədə evdə olan Elvin Məmmədov ölüb, Nihad Əşrəfov isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.