Hizbullah komandirinin cəsədi bu ərazidən tapıldı

Hizbullah komandirinin cəsədi bu ərazidən tapıldı

İsrailin hava hücumu nəticəsində həlak olan Livanın Hizbullah hərəkatının yüksək rütbəli komandiri Fuad Şükrün cəsədi dağıntılar altından tapılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə yerli mənbə məlumat verib.

“Hizbullah komandiri Fuad Şükrün cəsədi Beyrutun cənub ətraflarında binanın dağıntıları altında tapılıb”, – mənbə bildirib.

Xatırladaq ki, Beyrutun cənub ətrafına İsrailin aviazərbələri nəticəsində azı 4 nəfər ölüb, 74 nəfər yaralanıb.

Qeyd edək ki, Fuad Şükr Hizbullahın baş katibi Həsən Nəsrullahın hərbi müşaviri vəzifəsində çalışıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az