Hikmət Hacıyev Hakan Fidan və Fəxrəddin Altunla görüşdü

Hikmət Hacıyev Hakan Fidan və Fəxrəddin Altunla görüşdü

20:45

Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Ankarada görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Prezidentin köməkçisi daha sonra Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunla görüşüb.

Görüş zamanı Azərbaycanla Türkiyə arasında media və kommunikasiya sahəsində ikitərəfli əməkdaşlıq, qlobal və regional gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Hikmət Hacıyev Hakan Fidan və Fəxrəddin Altunla görüşdü
Hikmət Hacıyev Hakan Fidan və Fəxrəddin Altunla görüşdü