Hikmət Hacıyev ABŞ-da Ermənistanın Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

Globalinfo.az “Report”-a istinadla xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib.

“Bu gün mən Hikmət Hacıyev və Armen Qriqoryanı birbaşa və konstruktiv danışıqlar üçün qəbul etdim. Biz növbəti zorakılığın qarşısının alınmasının və vaxt məhdudiyyətli və məqsədyönlü danışıqların aparılmasının vacibliyini müzakirə etdik. Biz həmçinin sabit və davamlı sülhə dəstək olaraq irəliyə doğru konkret addımlar da müəyyən etmişik”, – Ceyk Sallivan qeyd edib.