“Rusiya hərbçilərinin Ermənistan sərhədlərindən çıxarılmasının bu ölkənin təhlükəsizliyinə necə təsir edəcəyini düşünmək lazımdır”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O, Ermənistan parlamentinin sədri Alen Simonyanın ötən gün Rusiya sərhədçiləri ilə bağlı açıqlamasına münasibət bildirib. Simonyan rusların Ermənistanın Türkiyə və İranla sərhədlərindəki fəaliyyətinin məqsədəuyğunluğunun müzakirə edilməli olduğunu deyib.
“Görünür Alen Simonyan Baş nazir Nikol Paşinyanın mətbuat konfransını diqqətlə izləməyib. İki ölkənin sərhəd mühafizə xidmətləri tərəfindən genişmiqyaslı və səmərəli əməkdaşlıq həyata keçirilir. Deyəsən, bu, İrəvandakı bəzi siyasətçiləri qıcıqlandırır. Hələ 1992-ci ildə sərhədçilərimizin Ermənistanda yerləşdirilməsi ilə bağlı sənəd imzalanıb. Bu müqavilə isə müddətsizdir. Rusiya Federasiyasının sərhədçiləri mövcudluqlarının vacibliyini dəfələrlə sübut ediblər”.
Ayşən Mustafa
Globalinfo.az













