Lavrov danışanda zalda idim, əminəm ki… – Blinken

Lavrov danışanda zalda idim, əminəm ki... - Blinken

ABŞ Dövlət katibi Entoni Blinken 19-cu Şərqi Asiya sammiti çərçivəsində Rusiyanın XİN rəhbəri Sergey Lavrovla danışmadığını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, Blinken Lavrovun çıxışı zamanı zalda olduğunu bildirib.

“O, çıxış etdikdə zalda idim. Mən çıxış edəndə o da orada idi. Əminəm ki, bir-birimizi dinlədik”, – Blinken deyib.

Xatırladaq ki, 19-cu Şərqi Asiya sammiti oktyabrın 6-dan 11-nə qədər Laosda keçirilib.