HƏMAS daha bir israilli girovun meyitini Beynəlxalq Qırmızı Xaç Komitəsinə təhvil verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Tibbi heyət artıq tabutu İsrailin Müdafiə Ordusunun hərbçilərinə təqdim edib. Meyitin qalığı şəxsiyyətinin müəyyənləşdirilməsi və ekspertiza üçün o, Təl-Əvivdəki Əbu Kabir məhkəmə-tibbi institutuna göndəriləcək. Rəsmi şəxslərin sözlərinə görə, proses iki günə qədər vaxt ala bilər.
İsrail tərəfinin məlumatına görə, anklavda şəxsiyyəti hələ müəyyənləşdirilməmiş sonuncunu nəzərə almadan daha dörd girovun meyitləri qalır.














