“HƏMAS” azad edəcəyi növbəti dörd girovun adını açıqlayıb.
Globalinfo.az “TASS” agentliyinə istinadla xəbər verir ki, azad ediləcək girovlar İsrail Müdafiə Qüvvələrində xidmət edən 4 israilli qadındır. Onların Karina Ariyev, Daniela Qilboa, Naamu Levi və Liri Albaq olduqları bildirilir.
Onların sabah İsrail tərəfinə təhvil veriləcəyi gözlənilir.
Xatırladaq ki, atəşkəsin qüvvəyə mindiyi ilk gün, yəni yanvarın 19-da üç irailli girov sərbəst buraxılıb. Ümumilikdə, “HƏMAS”ın 33 israilli girovu geri qaytaracağı barədə razılıq əldə olunub.
Əliyar Xəlil














