Ermənistan Ədliyyə Nazirliyinin Cinayət-İcra Xidmətinin rəisi Sergey Atomyan keçmiş müdafiə naziri David Tonoyana anasını ziyarət etməyə icazə verdiyi üçün qovulub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.
Belə ki, avqustun 1-də David Tonoyan 44 günlük müharibə ilə bağlı komissiyanın iclasına aparılıb. Bu zaman o, Sergey Atomyana müvafiq müraciəti edib. Sonuncu məsələnin sirr qalması şərti ilə razılıq verib. Lakin xüsusən parlamentin müdafiə məsələləri komissiyasının sədri Andranik Köçəryanın səyləri ilə məsələnin üstü açılıb və S.Atomyan vəzifəsindən azad edilib.
S.Atomyan iddianı təkzib etsə də, nəşr mənbələrinin informasiyanın etibarlılığını təsdiq etdiyini yazıb.
Ayşən Mustafa
Globalinfo.az













