Hatayda daha bir zəlzələ oldu

Türkiyənin Hatay bölgəsində daha bir zəlzələ baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Qeyd edilib ki, zəlzələ yerli vaxtla 08:46-da 4 bal gücündə olub.

Xatırladaq ki, ötən gün yerli vaxtla 18:53-də də Hatayda zəlzələ baş verib. Yeraltı təkan 5 bal gücündə, 9,7 kilometr dərinlikdə qeydə alınıb.