Hakan Fidanın Blinkenlə görüşünün nəticələri açıqlandı

Hakan Fidanın Blinkenlə görüşünün nəticələri açıqlandı

Türkiyə və ABŞ Qəzzada mülki şəxslərin hədəf alınmaması, humanitar yardım dəhlizi və iki dövlətli həll məsələlərində həmfikirdir.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə XİN-dən diplomatik mənbələr ABŞ Dövlət Katibi Entoni Blinkenin Türkiyəyə səfərinin nəticələrinə dair bildiriblər.

Qeyd olunub ki, bugünkü görüşdə xarici işlər naziri Fidan amerikalı həmkarı Blinkenə İsrailin Qəzzada insanların köçməyə məcbur edilməsinin qarşısının alınmalı və dərhal atəşkəsin elan edilməli olduğunu vurğulayıb.

“Bugünkü görüşdə iki dövlətli həll üçün birgə çalışmağın zəruriliyi də vurğulanıb. Görüşdə xarici işlər naziri Fidan amerikalı həmkarı Blinkenə də Qəzzada mülki hədəflərin bombalanmasının və infrastrukturun məhv edilməsinin qəbuledilməz olduğuna diqqət çəkib”, – deyə mənbə bildirib.

***14:28

Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Antoni Blinken arasında görüş başa çatıb.

Globalinfo.az xəbər verir ki, danışıqlar 3 saat çəkib.

Tərəflər qarşılıqlı maraq doğuran mələləri müzakirə ediblər.

Onların birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.

***11:48

Türkiyədə səfərdə olan ABŞ Dövlət katibi Entoni Blinkenlə xarici işlər naziri Hakan Fidan arasında görüş başlayıb. 

Globalinfo.az xəbər verir ki, görüş Ankarada keçirilir.

Blinken və Fidan təkbətək görüşdən öncə jurnalistlərin qarşısına çıxıblar, daha sonra ikili danışıqlar başlayıb.