Hacıqabul sakini iş yerində günvurmadan öldü

Hacıqabul sakini iş yerində günvurmadan ölüb.

Globalinfo.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Hacıqabul rayonunun Meyniman kəndində qeydə alınıb.

Fermalardan birində işləyən Hacıqabul rayonunun Talış kənd sakini günvurmadan elə iş yerində ölüb.

Meyit Şirvan morqunda müayinə edilib.

Qeyd edək ki, bu gün Hacıqabulda daha bir günvurma hadisəsi olub.

Şəhər sakini yaşadığı evin həyətində günvurmadan ölüb.

Faktla bağlı araşdırma aparılır.