Gürcüstan Prezidenti Salome Zurabişvili Fransaya gedib. Zurabişvilinin 10-11 noyabr tarixlərində keçiriləcək Paris Sülh Forumunda iştirak edəcəyi qeyd olunub.
“Salome Zurabişvili Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və İsveçrə Prezidenti Alen Berse ilə birlikdə noyabrın 10-da böhranlar və münaqişələrə həsr edilmiş paneldə iştirak edəcək”, – məlumatda bildirilib.
Diqqətçəkən məqam hökumət administrasiyası Prezident Zurabişvilinin Fransaya səfərinin təsdiqlənməsi üçün hökumətə müraciət etmədiyini bildirib.
Prezident bundan əvvəl də icazəsiz səfər etmiş və bu onun impiçment məsələsini gündəmə gətirmişdi.
Maraqlıdır, bu dəfə də bu məsələ qabardıla bilərmi?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Zurabişvilinin impiçmenti kifayət qədər real məsələdir:

Kənan Novruzov
“Proses kifayət qədər ciddidir. Zarubaşvili ölkəsinə qayıdandan sonra bu məsələnin yenidən gündəmə gəlməsi istisna deyil.
Onun konstitusiyanı pozması impiçmenti şərtləndirən yeganə məqam deyil. Daha doğrusu, bu, medalın görünən tərəfidir. Başqa bir məsələ ondan ibarətdir ki, Gürcüstanda hakimiyyətlə hökumət arasında fikir ayrılığı var. Baş nazir İrakli Qaribaşvili Qərbə meyillidir. Prezident isə əksinə, Rusiyapərəstdir. Belə olan halda dövləti ciddi təhlükələr gözləyir.
Xüsusilə nəzərə almaq lazımdır ki, indi rəsmi Tbilisinin Avropa İttifaqına üzvlüyü məsələsi gündəmdədir. Belə olan halda Gürcüstanda hakimiyyətlə hökumət arasında mübarizə daha da güclənə bilər. Bu mübarizənin nəticəsində Zurabişvili böyük ehtimalla ya könüllü, ya da məcburi şəkildə hakimiyyətdən gedəcək”.
Turan Rzayev
Globalinfo.az














