
Gürcüstan prezidenti mitinqdə Ukrayna Prezidenti Vladimir Zelenskiyə müraciət edərək, onun qalib gələcəyini deyib.
“Ukraynanın Rusiya təcavüzünə qarşı mübarizəsi həm də Gürcüstanın azadlığı uğrunda mübarizədir. Buradan, sizin adınızdan Zelenskiyə üz tutub, “onun bizim üçün mübarizə apardığını və qalib olacağını bilirik” demək istəyirəm. Və biz birlikdə Avropaya gedəcəyik”, – Zurabişvili bildirilib.
O, Moldova Prezidentinə və Gürcüstanın beynəlxalq tərəfdaşlarına da müraciət edərək, “Maya, bu gün, sənin qələbə günün və Avropa referendumunun qələbə günü olacaq. Biz birlikdə Avropaya girəcəyik!” deyib.
***
Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisidə müxalifətin parlament seçkisi ərəfəsində keçirdiyi mitinqə qatılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat verib.
Zurabişvili mitinqin təşkilatçılarının çıxış etdiyi səhnənin yanında dayanıb. O, mediaya açıqlama verməyib.
***
Tbilisidə müxalifət, qeyri-hökumət, eləcə də vətəndaş cəmiyyəti təşkilatları parlament seçkilərinə 6 gün qalmış“Gürcüstan Avropa İttifaqını seçir” adlı mitinq keçirir.
Globalinfo.az bu barədə “Sputnik Gürcüstan”a istinadən xəbər verir.
On minlərlə müxalifət tərəfdarı şəhərin müxəlif nöqtələrindən yürüş edərək Azadlıq meydanına toplaşıb. Aksiya iştirakçıları Gürcüstanın və Aİ-nin himnini səsləndiriblər.
Aksiya iştirakçılarına müxalifət liderləri ilə yanaşı prezident Salome Zurabişvili də qoşulub.
Tribunada çıxış edən Zurabişvili Gürcüstanın Aİ-yə daxil olaraq yaxşı tərəfdaş və müttəfiq olacağını deyib. Prezident tribunadan Ukrayna prezidenti Vladimir Zelenski və Moldova prezidenti Maya Sanduya müraciət edərək onlara qələbə arzulayıb.
Mitinqdə Aİ və Gürcüstanın himni səslədirilib. Aksiya səbəbilə mərkəzi Rustaveli prospektində, eləcə də yaxınlıqdakı bir sıra küçərələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Mitinq iştirakçılarına Azərbaycan dilində də müraciət edilib.


















