Gürcüstan Abxaziya və Osetiyanı qaytaracağının mesajını verdi

Gürcüstan Abxaziya və Osetiyanı qaytaracağının mesajını verdi

“Biz istənilən an ərazi bütövlüyümüzün sülh yolu ilə həllinə hazır olmalıyıq”.

Globalinfo.az xəbər verir ki, bunu gürcü milyarder, Gürcüstanın “boz kardinalı” sayılan Bidzina İvanişvili deyib.

“Bunun üçün bizə maksimum legitimizasiya lazımdır. Unutmayın ki, bizə verilən hər mandat Gürcüstanın birləşməsinə verilən səsdir. Məhz bunun üçün Gürcü Arzusuna konstitusion üstünlük lazımdır”, – deyə o bildirib.

Qeyd edək ki, Gürcüstan mətbuatı hakim partiyanın seçkidən sonra Abxaziya ilə konfederasiya məsələsini gündəmə gətirəcəklərini yazıb. Bununla bağlı Rusiya ilə razılığın olduğunu iddia edənlər də var.

Əliyar Xəlil
Globalinfo.az