Günvurma ilə bağlı müraciət edənlərin sayı açıqlandı

Günvurma ilə bağlı müraciət edənlərin sayı açıqlandı

TƏBİB-in tabeliyindəki Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 7-11 avqust tarixlərində günvurma ilə bağlı 17 müraciət daxil olub.

Globalinfo.az -ın məlumatına görə, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, onlardan 10 nəfəri qadın, 7 nəfəri kişidir.

“Müraciət edən şəxslərdən 13 nəfəri böyük, 4 nəfəri uşaqdır. Ümumilikdə müraciət edən şəxslərdən 11 nəfəri hospitalizasiya edilib”, – deyə məlumatda qeyd edilib.