Slovakiyanın Baş naziri Robert Fitso mayın 17-də əməliyyat olunub, lakin onun vəziyyəti ağır olaraq qalır.
Globalinfo.az xəbər verir ki, bu barədə Slovakiyanın Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinyak məlumat verib.
O əlavə edib ki, həkimlərə Baş nazirin sağalmağa doğru başladığını dəqiq söyləmək üçün bir neçə gün lazım olacaq.
***11:14
Slovakiyanın sui-qəsd nəticəsində ağır yaralanan Baş naziri Robert Fitso müalicə olunduğu xəstəxanadan paytaxt Bratislavadakı tibb mərkəzlərindən birinə köçürülə bilər.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli “Topky” xəbər portalı məlumat yayıb.
Bildirilib ki, onun vəziyyəti sabit ağır olaraq qiymətləndirilsə də tibbi personal hazırda xəstənin köçürülməsinin ümumi vəziyyətinə təsirini müəyyənləşdirməyə çalışır.














