Gülçöhrə Şəfiyeva vəfat etdi

Əməkdar mədəniyyət işçisi, rejissor Gülçöhrə Şəfiyeva vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov instaqram səhifəsində məlumat yayıb.

G.Şəfiyeva 74 yaşında dünyasını dəyişib. Sənətkar uzun müddətdir şəkər xəstəliyindən əziyyət çəkirdi, iyun ayında bir ayağı amputasiya edilmişdi.

Dəfn mərasimi bu gün saat 12:00-da olacaq.

Qeyd edək ki, G.Şəfiyeva 1949-cu ildə Bakı şəhərində anadan olub. Uzun illər Mədəniyyət Nazirliyi Mərkəzi Aparatında müxtəlif vəzifələrdə çalışıb. 1994-cü ildən Heydər Əliyev Sarayının baş rejissor olub. 2018-ci ildə Prezidentin fərdi təqaüdünə layiq görülüb.

Allah rəhmət eləsin!