“Güclü müttəfiq və həlledici oyunçu olmağa davam edəcəyik” – Fəxrəddin Altun

"Güclü müttəfiq və həlledici oyunçu olmağa davam edəcəyik" - Fəxrəddin Altun

“Türkiyə Qafqazda mühüm rol oynayır”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyası yanında kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altun deyib.

O bildirib ki, Türkiyə keçmişdə olduğu kimi güclü müttəfiq, həlledici oyunçu və regional və qlobal problemlərin həllində əsl qütb olaraq qalmağa davam edəcək. O əlavə edib ki, Türkiyə regionda və bütövlükdə dünyada baş verən böhran və münaqişələrin həllində həmişə sülh və ədalətin bərqərar olmasına tərəfdar olub və bu mövqeyini qoruyub.

“İki gün əvvəl Ankarada Efiopiya ilə Somali arasında imzalanmış saziş ölkəmizin bu istiqamətdəki səylərinin və Ərdoğanın sülh diplomatiyasının konkret nümunələrindən biridir. Bu, həm də Türkiyənin dünya siyasətinə təsirini və təkcə Yaxın Şərq, Balkanlar, Qafqaz və Qara dəniz regionunun deyil, həm də Afrikanın geosiyasətinə təsir edən qlobal oyunçu kimi əhəmiyyətini nümayiş etdirir”, – deyə Altun vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az