Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı “sarı” və “narıncı” xəbərdarlıq verilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Xidmət aprelin 27-dən 29-u səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı “sarı” və “narıncı” xəbərdarlıq verib.

Naxçıvan MR, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdərə, Xankəndi, Xocavənd, Şuşa, Xızı, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Salyan, Ucar, Kürdəmir, Saatlı, Sabirabad, Zərdab, İmişli, Ağcabədi, Beyləqan, Cəlilabad, Masallı, Lənkəran, Lerik, Yardımlı Astara, Biləsuvar, Xaçmaz, Şabran, Siyəzən, Quba, Ağsu, Şamaxı və Balakəndə qərb küləyi əsəcək, küləyin sürəti 13,9-20,7 m/san təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Ağdam, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Hacıqabul, Neftçala, Qobustan, Gəncə, Samux, Goranboy, Naftalan, Daşkəsən, Gədəbəy, Göygöl, Qusar, Şəki, Oğuz, Zaqatala, Qax, İsmayıllı, Qəbələ, Ağdaş və Göyçayda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20,8-28,4 m/san-dək güclənəcək.