Göygöldə ağır qəza – Ölən və yaralananların kimliyi məlum oldu – YENİLƏNDİ

Göygöldə ağır qəza - Ölən və yaralananların kimliyi məlum oldu - YENİLƏNDİ

Göygöldə yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin kimliyi məlum olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Globalinfo.az-a verilən məlumata görə, Göygöl rayon Yeni Zod kəndindən rayon istiqamətində hərəkətdə olan VAZ-2107 markalı avtomobil idarəetməni itirərək ağaca çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan sərnişinlərdən biri 1990-cı il təvəllüdlü Aslanova Bəsdi vəfat edib, dörd nəfər – 1988-ci il təvəllüdlü Yusibov Elmir, 1999-cu il təvəllüdlü Hacıyev Bayram, 2007-ci il təvəllüdlü Rəfiyev Xudayar və 1997-ci il təvəllüdlü Hacıyeva Aişə xəsarət alıblar.

Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlib, çətin hava şəraiti ilə əlaqədar ərazidə nəqliyyatın hərəkətini bərpa ediblər.

***

Göygöl rayon Yeni Zod kəndindən rayon istiqamətində hərəkətdə olan “VAZ 2107” markalı avtomobil idarəetməni itirərək ağaca çırpılıb.

Globalinfo.az xəbər verir ki, hadisə nəticəsində avtomobildə olan sərnişinlərdən biri – Bəsti Aslanova həyatını itirib, 3 nəfər – Elmir Yusibov, Hacıyev Bayram və Xudayar Rəfiyev isə xəsarətlər alıb.

Rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gəlib, çətin hava şəraiti ilə əlaqədar ərazidə nəqliyyatın hərəkətini bərpa ediblər.