Goranboyda dəm qazından zəhərlənərək ölən qadınlarla bağlı bəzi məqamlar məlum olub.
Globalinfo.az APA-ya istinadən bildirir ki, dəm qazından boğularaq ölən qadınlar əmi qızları olublar. Hadisə ötən gecə Xocalı rayon sakini 1972-ci il təvəllüdlü Xumar Səlimovanın Goranboyun Ağcakənd qəsəbəsində yaşadığı evdə baş verib. 52 yaşlı Xumar Səlimova hadisə baş verən mənzildə tək yaşayırmış. 1979-cu il təvəllüdlü əmisi qızı Sevil Səlimova ötən gün onun evinə qonaq gəlib. Onlar evdə dəm qazından boğularaq ölüblər.
52 yaşlı Xumar Səlimovanın Xocalı faciəsi zamanı atası və 3 qardaşı şəhid olub. Qardaşı Araz Səlimov Azərbaycanın Milli Qəhrəmanıdır.
Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.
***12:35
Goranboyda iki qadın faciəvi şəkildə ölüb.
Globalinfo.az oxu.az-a istinadən bildirir ki, hadisə Ağcakənd kəndində baş verib.
Belə ki, 52 yaşlı Xumar Səlimova və onlara qonaq gələn əmisi qızı, 45 yaşlı Sevil Səlimova dəm qazından boğularaq ölüblər.
Faktla bağlı araşdırma aparılır.














