Firudin Nəbiyev istefaya göndərildi

Firudin Nəbiyev istefaya göndərildi

Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi, tibb xidməti general-mayoru Firudin Nəbiyev istefaya göndərilib.

Globalinfo.az xəbər verir ki, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.

Əmrə əsasən general Nəbiyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdığına görə istefaya buraxılıb.