Gəncə şəhərində “BakuBas”a məxsus yeni gətirilən sərnişin avtobusu qəza törədib.
Globalinfo.az “Teleqraf”a istinadla xəbər verir ki, hadisə nəticəsində iki avtomobilə ziyan dəyib.
“Hyundai” markalı avtobusda olan bir neçə nəfərin yüngül xəsarət aldığı bildirilir.
Məlumat üçün bildirək ki, bu, Gəncədə “Bakubus”a məxsus avtobusun iştirakı ilə baş vermiş sayca ikinci qəza hadisəsidir.














