Gəncə şəhəri, Şahsevənlər küçəsində yerləşən Gəncə Dövlət Universitetinin Regional Kollecində baş verən yanğınla bağlı araşdırma aparılır.
Bu barədə Globalinfo.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
İlkin araşdırma zamanı hadisənin qısaqapanma nəticəsində baş verməsi, yaranmış tüstüdən 14 nəfərin zəhərlənməsi müəyyən edilib. Hazırda həmin şəxslərin vəziyyəti stabil və qənaətbəxşdir.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
***15:30
Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Ozan küçəsində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən Globalinfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb edilib.
Yanğın nəticəsində yataqxana binasının yeddinci mərtəbəsinin dəhlizində olan 1 ədəd divan və 1 ədəd kreslo yanıb.
Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş operativ araşdırmalarla yanğının, ilkin ehtimala görə, tələbələrin təhlükəsizlik qaydalarını pozaraq xüsusi ayrılmış yerdə deyil, yataqxananın dəhlizində siqaret çəkmələri səbəbindən baş verdiyi müəyyən edilib.
Hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir.














