Gəncədə toyda dava düşdü: bıçaqlananlar var – YENİLƏNİB

Toyda bıçaqlanan şəxslərin sayı 3 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, bıçaqlanan şəxs 1992-ci il təvəllüdlü Əli Musayevdir.

***

Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Globalinfo.az-a a bildirib ki, cinayəti törədən şəxs və ya şəxslərin yerinin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Globalinfo.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Mahrasa bağı adlanan ərazidə yerləşən şadlıq saraylarının birində qeydə alınıb.

1972-ci il təvəllüdlü Kəpəz Əliquliyev və 1983-cü il təvəllüdlü Akif Rüstəmov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal onlara yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, hər iki şəxs toyda dava zamanı bıçaqlanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.