Gəncədə qonşusuna xəsarət yetirən şəxs saxlanılıb.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə dekabrın 27-si saat 11 radələrində baş verib. Şəhər sakini 1990-cı il təvəllüdlü, Davud İsmayılov xuliqanlıq zəminində qonşusu Kamran Eminovu bıçaqla vurmaq istəyərkən zərbə orada olan Kamranın anasına dəyib. Əl nahiyəsindən bıçaq xəsarəti alan qadın xəstəxanaya aparılıb.
Qeyd edək ki, D.İsmayılovun 2-ci Qarabağ Müharibəsinin qazisi, 3-cü qrup əlil olduğu bildirilir.














