17 yaşlı dilənçi qızın meyiti çaydan tapıldı – Təfərrüat

17 yaşlı dilənçi qızın meyiti çaydan tapıldı - Təfərrüat

Gəncədə çaydan meyiti tapılan qadının ölməsinin bəzi təfərrüatları məlum olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, 2007-ci il təvəllüdlü F. Əmiraslanovanı bu gün Gəncə çayında sel aparıb.

***

Gəncəçaydan qadın meyti tapılıb.

DİN-in Mətbuat Xidmətindən Globalinfo.az-a verilən məlumata, iyulun 30-u saat 18:00 radələrində Gəncəçayın şəhərin mərkəzindən keçən hissəsində qadın meyitinin olması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları əraziyə gələrək müvafiq araşdırmalar həyata keçirib. İlkin baxış zamanı üzərində zorakılıq izləri aşkarlanmayan meyitin Yevlax şəhər sakini 2007-ci il təvəllüdlü F. Əmraslanova olması müəyyən edilib. Meyit ekspertizaya təqdim edilib.

Qadın şəhər ərazisində dilənçiliklə məşğul olurmuş.

Faktla bağlı araşdırmalar davam etdirilir.