Gəncədə ağır qəza: Ölən və xəsarət alanlar var

Gəncədə ölümlə nəticələn ağır yol qəzası baş verib.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan ZİL markalı yük maşını ilə “VAZ-2106” markalı minik maşını toqquşub. Qəza zamanı 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.