İtkin düşən məktəbli qızlar tapıldı – YENİLƏNİB

Gəncə və Tovuzda itkin düşən məktəbli qızlar tapılıb.

Bu barədə Globalinfo.az-a DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində hər iki şəxsin yeri müəyyən olunaraq ailələrinə təhvil verilib.

***09:34

Gəncə və Tovuzda 14 yaşlı qızlar itkin düşüb.

Globalinfo.az xəbər verir ki, Gəncə şəhəri Xətai prospektində yaşayan, 2009-cu il təvəllüdlü Türkan Qurbanova ötən gün yaşadığı evdən çıxaraq geri qayıtmayıb.

Tovuzun Aşağı Quşçu kənd sakini, 2009-cu il təvəllüdlü Gülay Bayramova da ötən gün yaşadığı evdən naməlum istiqamətə gedərək itkin düşüb.

Hər iki fakt üzrə araşdırma aparılır.