G7: “Rusiya Ukraynaya 486 milyard dollar ödəməlidir”

G7: "Rusiya Ukraynaya 486 milyard dollar ödəməlidir"

“Rusiya Ukraynaya 486 milyard dollar təzminat ödəməlidir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “G7″nin bəyanatında deyilir.

Bildirilir ki, həmçinin “G7” ölkələri “Ukrayna üçün təcili gəlirlərin sürətləndirilməsi kreditləri” proqramını işə salacaq və nəticədə Kiyev ilin sonuna qədər 50 milyard dollar məbləğində əlavə maliyyə ilə təmin olunacaq.

Yeddilik Qrupu (G7) hesab edir ki, Rusiya Dünya Bankı tərəfindən 486 milyard dollar dəyərində qiymətləndirilən Ukraynaya dəymiş ziyanı konpensasiya etməlidir .

“Rusiyanın beynəlxalq hüquq çərçivəsində Ukraynaya vurduğu zərərin ödənilməsi üzrə öhdəlikləri aydındır. Biz Rusiyanın bu öhdəlikləri yerinə yetirməsinə məcbur edilməsinin bütün mümkün hüquqi yollarını nəzərdən keçirməyə çalışırıq.  Eyni zamanda dondurulmuş Rusiya aktivlərindən əldə edilən mənfəət Ukraynaya kredit verilməsi üçün zəmanət kimi istifadə olunacaq. Qərb maliyyə institutlarının yurisdiksiyasında olan Rusiyanın aktivləri Rusiya təcavüzünü dayandırana və Ukraynaya vurduğu zərəri ödəyənə qədər dondurulacaq”, – deyə bəyanatda vurğulanıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az