Futbol matçında dava: 2 futbolçu bıçaqlandı

Türkiyənin Kayseri şəhərində U18 Liqa A qrupunda oynanılan İlbeyspor – “Qaziosmanpaşaspor” matçından sonra başlayan müzakirə əlbəayağa döyüşə çevrilib.

Globalinfo.az xəbər verir ki, dava zamanı iki futbolçu bıçaqla yaralanaraq xəstəxanaya aparılıb. Polis şübhəlilərin tutulması üçün əməliyyata başlayıb.

Erkilet stadionunda U18 Liqasının A qrupunda mübarizə aparan “İlbeyspor”la “Qaziosmanpaşaspor” arasında keçirilən futbol matçında zaman-zaman yaşanan gərginlik matçın sonuna qədər davam edib.”İlbeyspor”un 4:3 hesablı qələbəsi ilə başa çatan matçdan sonra tərəflər arasında mübahisə azarkeşlərin davasına çevrilib. Döyüşdə Gaziosmanpaşaspor oyunçuları Y.Ç. və MAK bıçaqlanıb. Hadisə yerinə polis və 112 Təcili Tibbi Yardım qrupu göndərilib. Yaralılar təcili yardımla Kayseri Şəhər Xəstəxanasına aparılıb. Polis, qaçan şübhəli və ya şübhəliləri tutmaq üçün əməliyyata başlayıb.