Fulya Öztürk Xəzər TV-də çalışacaq? – VİDEO

Fulya Öztürk Xəzər TV-də çalışacaq? - VİDEO

Tanınmış Türkiyəli jurnalist Fulya Öztürk Bakıdadır.

Globalinfo.az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə aparıcı Lalə Azərtaş məlumat verib. O qeyd edib ki, Xəzər telekanalının rəhbəri Murad Dadaşov, Fulya Öztürk və Lalə Azərtaş arasında görüş olub:

“Türkiyəli həmkarlarımızla çox məhsuldar görüş keçirdik. Danışdığımız önəmli layihələrdən yaxın günlərdə hamı danışacaq. Bizə uğur olsun”.

Lalə Azərtaşla rəfiqə olan Fulya Öztürk Bakıda olduğu müddətdə tez-tez onunla birgə paylaşımlar edib və onu çox sevdiyini bildirib.