Fuat Oktay Füzuli aeroportu ilə tanış oldu, Şuşanı ziyarət etdi – YENİLƏNİB

 

Fuat Oktay Füzuli aeroportu ilə tanış oldu, Şuşanı ziyarət etdi - YENİLƏNİB

Azərbaycanın Baş naziri Əli Əsədov və ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin Vitse-prezidenti Fuat Oktay Şuşa şəhərində olublar.

Bu barədə Globalinfo.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazir Ə.Əsədov və Türkiyənin Vitse-prezidenti F.Oktay Şuşada mədəni abidələri və şəhərin görməli yerlərini ziyarət ediblər, o cümlədən Şuşa şəhər meydanı, Yuxarı Gövhər Ağa məscidi, Cıdır düzü və Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi ilə tanış olublar.

Daha sonra Şuşa şəhərində Ə.Əsədovun və F.Oktayın Bakıda keçirilmiş Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 10-cu iclasının nəticələrinə dair mətbuata bəyanatlarla çıxış ediblər.

***

12:08

Azərbaycanın Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin Vitse-prezidenti Fuat Oktayı Füzuli Beynəlxalq Hava Limanında qarşılayıb.

Bu barədə Globalinfo.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olduqdan sonra Azərbaycanın Baş naziri və Türkiyənin Vitse-prezidenti Şuşa şəhərinə yola düşüblər.

Türkiyənin Vitse-prezidenti Füzuli aeroportu ilə tanış olub, Şuşaya yola düşübTürkiyənin Vitse-prezidenti Füzuli aeroportu ilə tanış olub, Şuşaya yola düşüb

Əli Əsədov və Fuat Oktay Şuşada olublar - YENİLƏNİB Əli Əsədov və Fuat Oktay Şuşada olublar - YENİLƏNİB Əli Əsədov və Fuat Oktay Şuşada olublar - YENİLƏNİB Əli Əsədov və Fuat Oktay Şuşada olublar - YENİLƏNİB Əli Əsədov və Fuat Oktay Şuşada olublar - YENİLƏNİB Əli Əsədov və Fuat Oktay Şuşada olublar - YENİLƏNİB