Fransa bu ərazinin taleyini səsvermə ilə dəyişmək istəyir

Fransa bu ərazinin taleyini səsvermə ilə dəyişmək istəyir

Fransa hakimiyyəti müstəqillik uğrunda mübarizə aparan Yeni Kaledoniyada fövqəladə vəziyyət elan edib. Fransanın daxili işlər naziri Jerar Darmanin rəsmi Bakını Yeni Kaledoniyadakı iğtişaşlara “müdaxilə etməkdə” ittiham edib. Azərbaycan XİN bu iddiaların əsassız olduğunu bildirib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Akif Nağı deyib ki, Yeni Kaledoniyada insanlar öz haqlarını müdafiə edirlər:

“Azərbaycanın Yeni Kaledoniya ilə müəyyən əlaqələri var. Onlar fəal şəkildə etiraz edib mövqe ortaya qoyurlar. Tələblər arasında Fransanın nəzarətinin götürülməsi, tam müstəqilliyin əldə edilməsi dayanır.

Fransa son vaxtlar həmin əraziyə köçən şəxslərə səsvermə hüququ vermək istəyirdi. Bu da yerli əhalinin narazılığına səbəb oldu. Başa düşürlər ki, fransız əhalini gətirməklə demoqrafik situasiyanı dəyişərək çoxluq qazanmağa çalışırlar. Ona görə də yerli əhali etiraz edir. Fransa demokratik ölkədirsə, həmin tələbləri normal qəbul etməlidir”.

Safura Bənnayeva
Globalinfo.az