“Formula-2”: Azərbaycan Qran-prisinin qalibi bəlli oldu

"Formula-2": Azərbaycan Qran-prisinin qalibi bəlli oldu

“Formula 2” üzrə Azərbaycan Qran-prisində əsas yarış başa çatıb.

Globalinfo.az xəbər verir ki, qalib “Dams Lukas Oil”in pilotu Cek Krouford olub.

“AIX Racing”dən Yoşua Dürksen ikinci, “Hitex TGR”dən Dino Beqanoviç isə üçüncü yeri tutub.

Qeyd edək ki, “Formula 1″də əsas yarış saat 15:00-da olacaq.

***

“Formula-2” kateqoriyasında əsas yarışda “Hitech TGR” komandasının üzvü Lyuk Brauning və “Trident” komandasının pilotu Martın Stenshorn yarışı erkən dayandırıblar.

Globalinfo.az xəbər verir ki, buna səbəb onların qəza törətməsi olub.

***11:18

“Formula 2” üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb.

Globalinfo.az xəbər verir ki, mübarizəyə saat 11:00-da start verilib.

Xatırladaq ki, sıralama turunda ən yaxşı nəticəni “Dams Lukas Oil”dən Cek Krouford göstərib.

Qeyd edək ki, “Formula 1″də əsas yarış saat 15:00-da olacaq.