Finlandiyanın baş naziri boşanır – FOTO

Finlandiyanın müvəqqəti baş naziri Sanna Marin əri Markus Raykkenendən boşandığını açıqlayıb.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki hesabında yazıb.

“Birlikdə boşanmaq üçün məhkəməyə müraciət etdik. 19 illik evliliyimiz və sevimli qızımız üçün minnətdarıq”, – hökumət başçısı bildirib.

O, həmçinin qeyd edib ki, keçmiş əri ilə onlar ən yaxşı dost və yaxşı valideyn olaraq qalırlar. Cütlüyün təxminən 3 il əvvəl evləndiyi məlum olsa da, onlar 18 yaşında tanış olublar.

Qeyd edək ki, aprelin 6-da Marin yeni parlamentin seçilməsi ilə əlaqədar hökumətinin istefasını prezident Sauli Niinistöyə təhvil verib. Qeyd olunur ki, Finlandiya prezidenti Marinin kabinetin istefası ilə bağlı müraciətini qəbul edib və ondan yeni hökumət təyin olunana qədər vəzifəsini davam etdirməsini istəyib.