Fidan Blinkeni buna görə qucaqlamayıb – Görüşdən əvvəl baş verənlər…

Ötən gün ABŞ Dövlət katibi Entoni Blinkenlə Türkiyə XİN rəhbəri Hakan Fidan arasında Ankarada keçirilən görüşdə yaşananların pərdəarxası üzə çıxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hürriyyət” qəzeti yazıb.

Nəşr bildirib ki, Fidanın Blinkeni qucaqlamaqdan imtina etməsinin səbəbi ikincinin diplomatik nəzakətsizliyə yol verməsidir.

Belə ki, Blinkenin maşını Xarici İşlər Nazirliyinin binasına yaxınlaşanda Hakan Fidan nazirliyin qapısı önündə dayanıb. Amma Blinken bir müddət maşından düşməyib və söhbətinə davam edib. Bir qədər gözləyən H.Fidan binaya qayıtmalı olub.

Binada görüş zamanı isə Fidan məhz Blinkenin bu hərəkətinə görə qucaqlaşaraq salamlaşmaq cəhdinə soyuq reaksiya verib.

Həmin anları təqdim edirik: