Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Fransada AzTV əməkdaşlarına qarşı hücuma münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, Tvitter paylaşım edib.
“Fransada AZTV-nin əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirərkən hücuma məruz qaldıqlarını kədərlə öyrəndik. Avropanın insan hüquq və azadlıqlarının müdafiəsi kontekstində günü-gündən gheriləyən mətbuat və məlumat azadlığına edilən bu mənfur hücumu qətiyyətlə pisləyirik.
Biz gözləyirik ki, Fransa rəsmiləri və hüquq-mühafizə orqanları hücumun səbəbkarlarını dərhal müəyyənləşdirib məsuliyyətə cəlb edəcək. Mən də hörmətli qardaşım Hikmət Hacıyevə telefonla zəng vurub dedim ki, Türkiyə olaraq bu mənfur hücuma işıq salmaq üçün bütün imkanlarımızdan istifadə edəcəyik. Hücum nəticəsində yaralanan azərbaycanlı jurnalist qardaşlarımıza tezliklə şəfa diləyir, bütün qardaş Azərbaycan xalqına onların adından ən xoş arzularımı çatdırıram”.














