Santuş millimizlə əsas hədəfini açıqladı – FOTOLAR

Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş ictimaiyyətə təqdim olunub.

Globalinfo.az apasport.az-a istinadən xəbər verir ki, bu münasibətlə mətbuat konfransı təşkil edilib.

Mərasimdə çıxış edən AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev bildirib ki, Fernandu Santuşla bağlı elə də çox danışmağa ehtiyac yoxdur, çünki dünyaca tanınmış məşqçidir.

O, portuqaliyalının karyerası barədə məlumat verib: “Onun müxtəlif yığmalarda bir sıra uğurları olub. Yunanıstan millisini 2014-cü ildə DÇ-yə çıxarmışdı. Portuqaliya millisində isə Avropa çempionu olub”.

Sərxan Hacıyev 70 yaşlı çalışdırıcının qarşısına bir sıra məqsədlər qoyulduğunu vurğulayıb: “Bir sıra məqamları nəzərə aldıq. Əsas məqsədlərdən biri 2028-ci ildə Avropa çempionatının seçmə mərhələsində uğurlu nəticə göstərmək olacaq. Bu illər ərzində müəyyən layihə çərçivəsində, işlər görüləcək ki, bu nəticəni əldə edək. AFFA rəhbərliyi və Santuşla bir-birimizə inam var. Danışıqlar prosesində onun da bizə inandığını dilə gətirə bilərəm. Millimizin müəyyən oyunlarına baxıb. Komandamıza da inandığını bildirib. Bunları da nəzərə alaraq, düşünürük ki, uğurlu iş birliyi olacaq və uzunmüddətli perspektivlərdə müsbət nəticə əldə olunacaq. Hər birimizə uğurlar arzulayıram”.

Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş ictimaiyyətə təqdim olunub - FOTO